Zaur Mirzəyevdən yeni xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Zaur Mirzəyevdən yeni xəbər var

Kriminal

27 Sentyabr 2025 09:51 6704


Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev cəza müddətinin axırına kimi həbsdə qalmaq istəmir.

“Yeni Sabah” "Qafqazinfo"ya istinadən xəbər verir ki, o vaxtından əvvəl cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edib.

Məhkum ərizəsində cəzaçəkmə müəssisəsinin müsbət rəyini də nəzərə alaraq 3 il 3 aylıq həbs cəzasının qalan 2 ayının şərti hesab edilməsini xahiş edib. Pepperoni pizza

Amma məhkəmə onun müraciətini rədd edib, həbsinin davamına qərar verilib.

Maraqlıdır ki, polkovnik bu ilin mayında da azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürmüşdü.

Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. O, xidməti otağındakı intim videolar qalmaqlından sonra həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!