Zəfər paradının aparıcısı bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Zəfər paradının aparıcısı bəlli oldu

Maraqlı

09 Dekabr 2020 12:07 1457


Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçiriləcək Zəfər paradının aparıcısı bəlli olub.

Yenisabah.az-ın məlumatına görə, tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Dördpendirli pizza

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!