Zeytun yağı ilə bağlı yeni araşdırma - Ölüm riski... 

saytların hazırlanması

Evə çatdırılma

Zeytun yağı ilə bağlı yeni araşdırma - Ölüm riski... 

Sağlamlıq

12 Fevral 2024 11:36 4287


Zeytun yağının müntəzəm qəbulu demensiyadan ölüm riskini 28 faiz azaldır. 

Bakupost.az xəbər verir ki, Harvard Universitetinin araşdırmaçıları bu qənaətə gəlib.

Onların fikrincə, marqarin və mayonez yerinə zeytun yağı istifadə etmək demensiyadan ölüm riskini azalda bilər. pizza sifarişi

Hər gün yarım qaşıq kifayətdir 

Demensiya unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom təsvir edir. Ən çox rast gəlinən Alzheimer demensiyadır.

Qidalanma və demensiya ilə ölüm arasındakı əlaqəni araşdırmaq üçün elm adamları otuz il ərzində 90 000-dən çox ABŞ vətəndaşının qidalanma və ölüm qeydlərini təhlil ediblər.

Onlardan 4 749 nəfərinin demensiyadan öldüyü qeyd edilib.

Məlum olub ki, hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən insanların demensiyadan ölmə riski onu heç vaxt qəbul etməyən və ya nadir hallarda içənlərə nisbətən 28 faiz daha azdır.

Tədqiqatın nəticələrinə görə, hər gün bir çay qaşığı marqarin və ya mayonezin zeytun yağı ilə dəyişdirilməsi demensiyadan ölüm riskini 8-14 faiz azaldır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!