“Zirə” hazırlıq planını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Zirə” hazırlıq planını açıqladı

İdman

19 İyun 2019 10:27 1091


“Zirə”nin yay təlim-məşq toplanışının planı bəlli olub. 

“Yeni Sabah” xəbər verir ki, komandanın hazırlığı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ Bakıda olacaq və 21 iyun – 19 iyul tairxləri aralığında baş tutacaq. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.

Komanda iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib. Dördpendirli pizza

Hazırlığın 2-ci hissəsi isə Türkiyənin Bolu şəhərində olacaq. “Zirə” 20 iyul – 4 avqust aralığında qonşu ölkədə təlim-məşq toplanışında olacaq. Komanda burada da 4 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 23, 26, 30 iyul və 3 avqust tarixlərində nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!