“Zirə” İordaniya klubuna qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Zirə” İordaniya klubuna qalib gəldi

İdman

12 İyul 2025 20:03 565


"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, paytaxt təmsilçisi İordaniyanın “Əl-Hüseyn” klubu ilə qarşılaşıb. Matç "qartallar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Görüşdə yeganə qolu Bakı komandasının oyunçusu Brahim Konate vurub.  Toyuqlu pizza

"Zirə" bunadək 2 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə qalib gəlib (2:1).

İyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 2 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 16 iyul (iki oyun) tarixində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!