"Vətənimlə, ölkəmlə, dövlətimlə, üç rəngli bayrağımızla qürur duyuram. Bu qiymətli mənəvi duyğularla yaşamaq, fəaliyyətini bu dəyərlərlə motivasiya etmək bir vətəndaşlıq borcudur".
Yenisabah.az xəbər verir ki, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha qızıl medal qazanmış para-atlet Lamiyə Vəliyeva deyib.
"Bayrağımızı zirvələrdə dalğalandırmaq isə qürur zirvəsidir, bir nəsib, bir qismətdir. Belə bir qisməti yaşamağına görə səni dəyərləndirən, daim zirvələrdə olmağa güc verən dövlətin, yüksək dəyərlərlə sənə stimul verən Prezidentin varsa bayrağımız, varlığımız daim ucalarda olacaq. Ölkəmizin ən ali mükafatlarından birinə, "1-ci dərəcəli Vətənə xidmətə görə" ordeninə layiq görüldüyüm üçün xoşbəxtəm. Xoşbəxtəm ki, Azərbaycan vətəndaşıyam. Var olsun dövlətimizin Ali Rəhbəri!", - deyə idmançı qeyd edib. pizza mizza
Telegram kanalımız