Londonun "ICE Futures" birjasında iyul ayı üçün "Brent" markalı neft fyuçerslərinin qiyməti 1,80 dollar (1,65%) artaraq barel üçün 111,06 dollara çatıb.
"Yeni Sabah" xəbər verir ki, ötən cümə günü bu müqavilə 3,54 dollar (3,35%) artaraq barel üçün 109,26 dollar idi.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI markalı neft fyuçersləri 2,11 dollar (2%) artaraq barel üçün 107,53 dollar təşkil edib. Əvvəlki sessiyada bu müqavilələrin qiyməti 4,25% (4,2%) artaraq barel üçün 105,42 dollara çatıb. pizza sifarişi
Son bir həftə ərzində ABŞ və İran arasında sülh danışıqları ilə bağlı qeyri-müəyyənlik fonunda Brent markalı neft 7,8%, WTI markalı neft isə 10,5% artıb.
Telegram kanalımız