May ayında şok mənzərə: Qış geri qayıtdı, qar yağır

saytların hazırlanması

Evə çatdırılma

May ayında şok mənzərə: Qış geri qayıtdı, qar yağır

Sosial

17 May 2026 12:02 845


Mayın 17-i saat 10:55-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağır.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qarın hündürlüyü Şahdağda 5 sm olub. Pepperoni pizza

Hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Lerikdə 48 (aylıq normanın 67%-i), Lənkəranda 45 (aylıq normanın 98%-i), Yardımlıda 39 (aylıq normanın 63 %-i), Sabirabadda 39 (aylıq normanın 117 %-i), Cəlilabadda 26 (aylıq normanın 64%-i), Kürdəmirdə 25 (aylıq normanın 66%-i), Biləsuvarda 24 (aylıq normanın 75%-i), Qəbələdə 23, Sarıbaşda (Qax) 22, Şahdağda 17, Astarada 16, Beyləqanda 15, Gədəbəy, Altıağac, Şahbuzda 14, Şamaxı, Oğuzda 13, Neftçala, İmişli, Qrızda 12, Quba, Göyçayda 11, Qusar, İsmayıllı, Daşkəsəndə 7, Naxçıvan, Culfada 6, Zərdab, Xaçmaz, Şirvan, Şabranda 5, Naftalanda 4, Kişçay (Şəki), Qobustan, Ağdam, Ordubadda 3, Balakən, Zaqatala, Gəncədə 2, Şərur, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Goranboyda 1 mm-dir.

Mayın 16-da saat 19:37-19:43 radələrində Qubadlı rayonunun Qəzyan və Mahrızlı kəndlərinə diametri 11 mm, Ağsu şəhərinə isə diametri 3 mm olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitnin mayın 17-si gün ərazində davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!