İbrahim Avropa çempionu oldu, Tunar bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

İbrahim Avropa çempionu oldu, Tunar bürünc medal qazandı

İdman

17 May 2026 21:54 70


Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U17 Avropa çempionatı sona çatıb.

"Yeni Sabah" xəbər verir ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə millimiz 2 medal qazanıb.

Tunar Həsənov (45 kq) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabıyla qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub. Dördpendirli pizza

İbrahim Həsənov (51 kq) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elgün Kərimli (92 kq) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.

Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!