Türkiyədə silahlı davaya müdaxilə edən 2 polis həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə silahlı davaya müdaxilə edən 2 polis həlak oldu

Dünya

17 May 2026 18:23 51


Türkiyənin Tekirdağ vilayətinin Çorlu qəsəbəsində silahlı dava hadisəsinə müdaxilə etmək istəyən polis məmurları Erkan Tütüncülər və Emrah Koç həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, Çorlu Təhlükəsizlik İdarəsinin vəzifəli mülki polis dəstəsi silahlı dava xəbərini aldıqdan sonra ünvana göndərilib. Binaya çıxan polis dəstələrinə bir şübhəli tərəfindən atəş açılıb. Açılan atəşdə polis məmurları Erkan Tütüncülər ilə Emrah Koç həlak olub. pizza hut

Hadisə yerinə çox sayda polis və səhiyyə işçisi göndərilib.

Atışmada hücumçu yaralı halda ələ keçirilib. Şübhəli Çorlu Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!