Gəncədə dəhşət: Ata həyat yoldaşı və uşaqlarını...

saytların hazırlanması

Evə çatdırılma

 Gəncədə dəhşət: Ata həyat yoldaşı və uşaqlarını...

Kriminal

17 May 2026 15:57 191


Gəncədə üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

“Yeni Sabah” “Unikal”a istinadla bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində, Kəlbəcər sakinlərinin yaşadığı yaşayış massivində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakinləri — 1990-cı il təvəllüdlü G.Abbasova, onun övladları 2008-ci il təvəllüdlü İ.Abbaslı və 2011-ci il təvəllüdlü H.Abbaslı müxtəlif bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Dominos pizza

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, ailə başçısı H.Abbaslının həyat yoldaşına və iki övladına bıçaqla xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!