Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır

Sosial

17 May 2026 13:33 92


Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən yaranmış nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən "Yeni Sabah"a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Yağış nəticəsində bəzi ərazilərdə normanı dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən kənarlaşdırılması gecikmələr müşahidə edilir. Sezar pizza

Nəticədə, bəzi ərazilərdə su yığılması halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!