Beynimiz niyə yorulur?

saytların hazırlanması

Evə çatdırılma

Beynimiz niyə yorulur?

Sağlamlıq

17 May 2026 13:08 51


Müasir dövrdə bir çox insan tez-tez zehni yorğunluqdan şikayət edir. Beyin yorğunluğu fiziki yorğunluqdan fərqli olaraq təkcə yatmaqla və ya qısa istirahətlə tam aradan qalxmır. Çünki beyin insan orqanizmində ən çox enerji sərf edən orqanlardan biridir və gün ərzində davamlı şəkildə məlumat emal edir.

“Yeni Sabah” xəbər verir ki, gündəlik həyatın sürətli tempi, fasiləsiz informasiya axını və ardıcıl qərarvermə prosesi beynin yüklənməsinə səbəb olur. Diqqətin tez-tez bölünməsi, eyni anda bir neçə işlə məşğul olmaq və sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək zehni tükənməni daha da artırır. Xüsusilə telefon və kompüter ekranı qarşısında uzun saatlar qalmaq beynin dincəlməsinə imkan vermir.

Nizamsız və keyfiyyətsiz yuxu da beyin yorğunluğunu gücləndirən əsas amillərdəndir. Yuxu zamanı beyin gün ərzində toplanmış məlumatları emal edir və özünü bərpa edir. Yuxu rejiminin pozulması isə bu prosesi zəiflədir və nəticədə insan səhər oyandıqda belə özünü yorğun hiss edir. pizza sifarişi

Mütəxəssislər bildirirlər ki, zehni enerjini qorumaq üçün həyat tərzində müəyyən dəyişikliklər etmək vacibdir. Gün ərzində ən azı 20-30 dəqiqə fiziki aktivlik, açıq havada gəzinti, ekran vaxtının azaldılması və stresin idarə olunması beyin fəaliyyətinə müsbət təsir göstərir. Bundan əlavə, keyfiyyətli və kifayət qədər yuxu beynin normal funksiyası üçün əsas şərtlərdən biri hesab olunur.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!