Arzum adı ilə tanınan tiktoker İlduzə Hacıyeva aylardır ölkədən çıxa, Almaniyada olan övladlarını görə bilmir.
“Yeni Sabah” xəbər verir ki, buna səbəb onun məhkəmə işinin olması, ölkədən çıxışına qadağa qoyulmasıdır. Məlum olub ki, Arzum ötən ilin iyununda Mərdəkan qəsəbəsində avtomobil qəzası keçirdib. Qəza zamanı bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb.
Artıq məhkəmənin bir neçə iclası keçirilib. pizza mizza
Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri təqsirləndirilən blogerlə bağlı məhkəmənin növbəti iclası mayın 26-da keçiriləcək.
Qeyd edək ki, Arzum alman vətəndaşı ilə ailəlidir və orada yaşayır. Onun 4 övladı var. Övladları Almaniyada olan bloger onları görə bilmir.//axsam.az
Telegram kanalımız