1 mandat = 1 milyon 250 min manat

saytların hazırlanması

Evə çatdırılma

1 mandat = 1 milyon 250 min manat

Siyasət

17 Avqust 2024 10:28 3140


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. 125 mandat uğrunda 1000-dən artıq namizəd mübarizə aparır. Onlar 20-dən artıq siyasi partiyanı və bitərəfləri təmsil edirlər. 

Yenisabah.az xəbər verir ki, səsvermə günü yaxınlaşdıqca, namizədlər arasında mübarizə daha kəskin xarakter alır. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə “qara piar” elementlərindən az istifadə olunsa da, qarşıdakı günlərdə mübarizənin daha da şiddətlənəcəyi istisna edilmir. Xüsusilə namizədliyi qeydiyyatdan keçmiş siyasi partiyalar tərəfindən irəli sürülmüş şəxslərin marafondan qalib ayrılmaq üçün daha əzmlə mübarizə apardıqları sezilir. 

“Yeni Sabah” bildirir ki, parlament seçkiləri siyasi partiyalar üçün xüsusi əhəmiyyət kəsb edir. Bu təşkilatlar seçkilərə təkcə siyasi deyil, həm də maddi aspektdən yanaşırlar. Parlamentdə təmsilçilik hər bir siyasi partiyaya 5 il ərzində 100 minlərlə manat vəsait qazandırır. Qüvvədə olan qanunvericiliyə görə, dövlət qeydiyyatından keçmiş siyasi partiya Milli Məclisdə 1 deputatla təmsil olunduğu təqdirdə ona dövlət büdcəsindən 250 min manat vəsait ayrılır. Bu isə Milli Məclisin yeni seçilmiş tərkibinin fəaliyyətdə olduğu 5 il ərzində 1 milyon 250 min manat edir. Əgər siyasi partiya parlamentdə bir deyil, bir neçə deputatla təmsil olunursa, dövlət büdcəsindən ayrılan vəsaitin məbləği də artır. Odur ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar parlament seçkilərinə ölüm-qalım məsələsi kimi yanaşırlar.  Dominos pizza

Pul təkcə sıravi vətəndaşa deyil, həm də siyasi partiyalar üçün “həyat mənbəyi”dir... 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!