10-cu mərtəbədən yıxılan hamilə qadının   MÖCÜZƏSİ - FOTO

saytların hazırlanması

Evə çatdırılma

10-cu mərtəbədən yıxılan hamilə qadının MÖCÜZƏSİ - FOTO

Dünya

24 Oktyabr 2024 14:46 745


Hamilə qadın 10-cu mərtəbədən yıxılaraq ölüb, ancaq bətnindəki körpə möcüzə nəticəsində sağ qalıb.

Yenisabah.az xəbər verir ki, hadisə İngiltərənin Lids şəhərində baş verib. Hamiləliyinin son dövründə olan Emma Atkinson adlı xanım 10-cu mərtəbədən yıxılıb. Hadisədən sonra dərhal xəstəxanaya çatdırılan ananı xilas etmək mümkün olmasa da, həkimlər təcili qeysəriyyə əməliyyatı ilə körpəni xilas edə biliblər.

Beş həftə tez doğulan körpə hazırda reanimasiyada müalicə alır. Bacısı Deminin əlini məhəbbətlə körpənin fotosu sosial şəbəkədə emosional anlar yaradıb. pizza hut

Emma Atkinsonun ölümündən cəmi bir ay əvvəl sosial şəbəkədəki son paylaşımı ürək ağrıdan olub. O, qürurla qarnını nümayiş etdirdiyi fotonun şərhinə "Qız övladım olacaq, bundan xoşbəxt ola bilməzdim" sözlərini yazıb.

Anasının ölümündən sonra böyük qızı Demi sosial şəbəkədə "Evə gəl, ana, sənə çox ehtiyacım var. Sadəcə səni öpmək və səsini eşitmək istəyirəm. Mən səni  çox sevirəm" mesajını paylaşıb.

Şeyla Səmiyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!