“Eurovision”da Azərbaycanın sonuncu yerlərdən birini tutması ilə bağlı sosial şəbəkələrdə hamı iştirakçını qınayır, özümüzü aşağılayır. Mən bunu başa düşmürəm”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri aparıcı Nigar Fərhad deyib.
O, iştirakçı JİVA haqqında səsləndirilən mənfi fikirlərin doğru olmadığını bildirib: Toyuqlu pizza
“Birincisi, biz artıq “Eurovision”a əvvəlki qədər önəm vermirik. Bu yarışmaya ən böyük maraq Nigar Camal və Eldar Qasımovun, Aysel Teymurzadənin, Safura Əlizadənin, Elnur və Samirin dövründə idi. Həmin vaxtlarda Azərbaycan həm yarışmaya ciddi yanaşır, həm də yaxşı nəticələr əldə edirdi. İndi isə nə “Eurovision”a əvvəlki kimi maraq göstəririk, nə də dünyada bu yarışmaya əvvəlki diqqət var. Əvvəllər insanlar aylarla “Eurovision”u gözləyirdi. İndi isə bir çox adam yarışmanın nə vaxt keçirildiyini belə son anda öyrənir.
Təmsilçimizi bu qədər tənqid etmək düzgün deyil. Çox gözəl səsi olan, güclü ifa edən bir müğənnidir. Musiqidən anlayışı olan insanlar da bilir ki, mahnı keyfiyyətli idi”.
Nigar Fərhad bildirib ki, “Eurovision”da uğur qazanmaq üçün artıq təkcə güclü səs və yaxşı mahnı kifayət etmir.
“Ümumiyyətlə, yarışmada qalib olan bəzi mahnılara baxanda da görürük ki, hər zaman ən güclü vokal və ya ən dərin əsər qalib olmur. Ona görə də bizim ifaçını kimləsə müqayisə edib aşağılamaq doğru deyil. JİVA çox istedadlı və bacarıqlı bir qızdır.
Bir şeyi də unutmayaq ki, Azərbaycan “Eurovision”da artıq öz sözünü deyib. Biz bu yarışmada qalib olmuşuq və tarix yazmışıq. Hər dəfə qalib gəlmək məcburiyyətində deyilik. Azərbaycan bir çox beynəlxalq sahədə uğurlar qazanan ölkədir və bunu dəfələrlə sübut edib”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız