“10 il əvvəl...” – Müğənni Qənirə Paşayevadan yazdı

saytların hazırlanması

Evə çatdırılma

“10 il əvvəl...” – Müğənni Qənirə Paşayevadan yazdı

Şou

26 Sentyabr 2023 17:23 2477


Əməkdar artist Aybəniz Haşımova Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva haqda yazıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında hazırda xəstəxanada olan deputatla fotoşəkillərini bölüşən müğənni onun tezliklə sağalmasını arzulayıb:

"10 il bundan öncə "Ağla mənim üçün bu şəhər və sən"  layihəsini Qənirə xanımın arzusu ilə hazırlayanda ona "Niyə belə yazırsan, niyə əlvida deyirsən, bacım? Axı düşər-düşməzi olar" - deyə, söylədim. Bəzən dinlədiyimiz, ifa etdiyimiz nəğmələr həyatımızı da özünə bənzədir sanki... pizza sifarişi

"Ay bacı, Allah nə yazıbsa, o da olacaq", - dedi Qənirə Paşayeva. İndi biz də Allaha dua edirik, nə olar, sənə rəhm etsin. Səni Tehran anaya bağışlasın. Vaxtından öncə söylədiyin bu əlvida yalan olsun. Qayıt yerinə qoy bütün yarım qalanlarını. Qayıt, gözləri yol çəkən ananın gözlərini yoldan yığ. Qayıt çarəsiz, dərdindən boynubükük qoyduğun bacı-qardaşlarını dərddən qurtar. Qayıt, sənin üçün ağlar qalan evinə-eşiyinə dön. Qayıt, sənin üçün körpətək ağlayan dostlarına qayıt".  

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub. Hazırda millət vəkilinin vəziyyəti ağır olaraq qalır.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!