10 minə “vəzifə paylayan“ dələduz qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

10 minə “vəzifə paylayan“ dələduz qadın saxlanıldı

Kriminal

09 İyun 2022 15:58 1268


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Toyuqlu pizza

Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!