10 minə yaxın abonent qazsız qalacaq

saytların hazırlanması

Evə çatdırılma

10 minə yaxın abonent qazsız qalacaq

Sosial

02 Aprel 2026 19:10 474


Ağcabədi şəhərində aprelin 3-ü saat 10:00-dan 9 584 abonent qaz təchizatı daxildən dayandırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ağcabədi qazpaylayıcı stansiyasında qidalanan daşıyıcı qaz kəməri üzərində qaz tənzimləyici şkafın quraşdırılması və Xəyal Həsən oğlu Həsənova məxsus obyektin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsidir. Dominos pizza

Qaz təchizatı təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!