11 il öncə anasını öldürən oğul polisə təslim oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

11 il öncə anasını öldürən oğul polisə təslim oldu - Video

Kriminal

11 Fevral 2022 20:14 1147


Şabranda 11 il öncə baş verən qətlin üstü açılıb.

Yenisabah.az xəbər verir ki, 2011-ci ildə öldürülən 1970-ci il təvəllüdlü Bəsti Əliyevanın qatili üzə çıxıb. B.Əliyevanın oğlu, 1990-cı il təvəllüdlü Elvin Dadaşov anasını qəsdən öldürdüyünü etiraf edib. O, Şabran Rayon Polis Şöbəsinə gələrək, 11 il öncə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını bildirib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılıb və oradan meyitin qalıqları aşkar edilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir. pizza

/Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!