11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu oldu

İdman

26 Oktyabr 2021 10:56 1201


11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub.

Diaspor Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, Porvoo şəhərində keçirilən yeniyetmələr arasında güləş üzrə ölkə çempionatında 11 yaşlı azərbaycanlı Sura Mirac Abbassoy birinci yer tutub.

Qızlar arasında 39 kq çəki dərəcəsində mübarizə aparan Abbassoy keçirdiyi bütün görüşlərdə üstünlük qazanıb. Dördpendirli pizza

Final görüşünü 8:4 hesabı ilə başa vuran soydaşımız Finlandiya çempionu tituluna layiq görülüb.

Bundan öncə Abbassoy İsveçdə keçirilən “Umea Wrestling Battle” Avropa turnirində uğurla çıxış edib. Həmin turnirdə II yeri tutaraq gümüş medal qazanıb.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!