12 min manatlıq qızılın oğurlanası xəbəri - Yalan çıxdı

saytların hazırlanması

Evə çatdırılma

12 min manatlıq qızılın oğurlanası xəbəri - Yalan çıxdı

Kriminal

18 Aprel 2022 18:06 1191


Lənkəran sakininin 12 000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması ilə bağlı polisə yalan məlumat verdiyi müəyyən edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, rayon sakini Xalid Həmidovdur. O, polisə müraciət edərək özünə məxsus olan “Vaz 2107” markalı avtomobildən 12 min manat dəyərində qızıl-zinət əşyalarının
oğurlandığını deyib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Həmin qızıl-zinət əşyalarının X.Həmidovda olduğu müəyyən olunub.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!