12 mindən çox şəxsə amnistiya tətbiq edilib

saytların hazırlanması

Evə çatdırılma

12 mindən çox şəxsə amnistiya tətbiq edilib

Kriminal

11 Fevral 2022 20:05 762


Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının icrasının davam etdiyi, ədliyyə orqanları və məhkəmələr tərəfindən bu günədək artıq 12.300-dən çox şəxsə tətbiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Məlumat verilib ki, amnistiyanın tətbiqi nəticəsində 8.100-ə yaxın şəxs ayrı-ayrı cəzalardan, o cümlədən 2.700-dək məhkum azadlıqdan məhrum etmə cəzasından azad edilib, 3.400-dən çoxunun isə cəza müddəti azaldılıb. Pepperoni pizza

Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində isə cinayət təqibinə xitam verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!