Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər «Azəri-Çıraq-Günəşli» (AÇQ) neft yataqları blokunun işlənməsindən 143.366 milyard ABŞ dolları gəlir əldə edib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda Fondun yaydığı açıqlamada bildirilir.
Gəlirin 5.16 milyard dolları bu il əldə olunub. Bundan başqa, ADNF-ə 2017-ci ildən etibarən «Şahdəniz» yatağı üzrə qazın satışından 2.703 milyard dollar daxil olub. Bunun isə 209 milyon dolları bu ilin payına düşüb.Beləliklə, Fond indiyə qədər neft-qaz layihələrindən 146.069 milyard dollar gəlir əldə edib. pizza hut
Bu il iyunun 30-na olan məlumata görə, Fondun aktivləri 42.464 milyard ABŞ dollarına bərabərdir.
Telegram kanalımız