15 ildir üzərində işlədikləri xərçəng vaksini uğurlu nəticə verdi

saytların hazırlanması

Evə çatdırılma

15 ildir üzərində işlədikləri xərçəng vaksini uğurlu nəticə verdi

Sağlamlıq

25 Oktyabr 2023 15:10 6681


“BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar. 

“Qafqazinfo” “Hürriyet Daily” portalına istinadən xəbər verir ki, alimlər bu barədə Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində danışıblar.

Məlumata görə, vaksin 4 dozada 44 pasientə vurulub. Nəticələrə əsasən, pasientlərin 59 faizində şişlərin həcminin 30 % kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb. pizza sifarişi

Qeyd edək ki, türkiyəli cütlük sözügedən vaksinin üzərində artıq 15 ildir işləyir. “BioNTech” 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur. Uğur Şahinin daha əvvəlki açıqlamasına görə, şirkətin hazırladığı vaksin bir neçə ildən sonra artıq satışa çıxarıla bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!