1,5 litr kola içən kişi öldü

saytların hazırlanması

Evə çatdırılma

1,5 litr kola içən kişi öldü

Hadisə

27 Sentyabr 2021 12:40 1012


Çinli mütəxəssislər 22 yaşlı oğlanın həddindən artıq kola içdiyi üçün mədəsində qazın sürətli yığılması səbəbindən öldüyünü iddia ediblər. Lakin ingilis alimləri bununla razılaşmır.

Yenisabah.az türk mediasına istinadən bildirir ki, ölən gəncin mədəsində çoxlu yaralar aşkarlanıb.

Sərinləmək istəyən oğlan təxminən 10 dəqiqə ərzində 1,5 litr kola içib. 6 saat keçdikdən sonra qarnında şiddətli ağrı hiss edib və bədəni şişməyə başlayıb. Pekindəki “Chaoyan” xəstəxanasına aparılan gəncin nəbzi çox sürətli, qan təzyiqi isə çox aşağı olub. Oğlanın bağırsaqlarında və damarında həddindən artıq qaz yığılması olduğu deylib. Sezar pizza

Həkim gəncə dərhal dərman versə də, oğlan 18 saat sonra dünyasını dəyişib.İngilis mütəxəssisləri isə qazlı içkinin belə bir ölümə səbəb olma ehtimalının az olduğunu düşünürlər. (sherg.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!