1500-dən çox çətənə kolu məhv edilib

saytların hazırlanması

Evə çatdırılma

1500-dən çox çətənə kolu məhv edilib

Kriminal

29 May 2019 09:05 4971


Şəki şəhərində 80 kiloqrama yaxın narkotik məhv edilib.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Belə ki, rayonun Baş Göynük kəndində vətəndaşa məxsus 50 hektar bağ-əkin sahəsinin müxtəlif yerlərində yabanı halda bitən, çəkisi 80 kiloqrama yaxın 1532 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!