Amerikanın İndiana ştatında yaşayan 17 yaşlı gənc sevgilisinin evində qalmasına icazə verməyən ailəsinə odlu silahdan atəş açıb. Atəş nəticəsində 6 nəfər həlak olub.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, çevrədəki şəxslər tərəfindən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını çağırılıb. Odlu silahdan atəş nəticəsində həlak olanların meyiti məhkəmə tibbi ekspertizasının morquna aparılıb.
Təqsirləndirilən 17 yaşlı gənc həbs edilib. İstintaq araşdırmaları aparılır. Dördpendirli pizza
Telegram kanalımız