1700 delfin vəhşicəsinə öldürüləcək - Qalmaqallı ov başladı

saytların hazırlanması

Evə çatdırılma

1700 delfin vəhşicəsinə öldürüləcək - Qalmaqallı ov başladı

Dünya

03 Sentyabr 2019 16:00 2600


Yaponiyada ənənəvi hal alan delfin ovuna start verilib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, 6 ay davam edəcək ov mövsümündə 1700 delfin ovlanılacağı təxmin edilir.

Ov zamanı balıqçılar delfinləri torlarına salaraq, dayaz suda bıçaqla öldürürlər. Heyvan hüquqları təşkilatından bildirilən məlumata görə, bu üsulla ovlanılan delfinlər yarım saat can çəkişərək, əzabla ölürlər.  pizza sifarişi

Xatırladaq ki, Yaponiyaya beynəlxalq təzyiqlər olmasına baxmayaraq, illər sonra bu ilin iyul ayında yenidən balina ticarətinə qanuni şəkildə icazə verilib.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!