171 şagird həlak olub - İran Təhsil Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

171 şagird həlak olub - İran Təhsil Nazirliyi

Dünya

02 Mart 2026 15:00 310


İran Təhsil Nazirliyinin sözçüsü Əli Fərhadi son 48 saat ərzində ölkə ərazisində baş verən hücumlar nəticəsində 171 şagirdin həyatını itirdiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, ən böyük itki Minab şəhərindəki “Şəcərəye Təyyibə” qızlar üçün ibtidai məktəbdə qeydə alınıb: hücum zamanı 168 şagird həlak olub, 95 şagird yaralanıb.

Analoji hadisə Tehranda da qeydə alınıb. Şəhərin 14-cü rayonundakı Vəlfəcər qəsəbəsində 2 qardaş yaşadıqları evdə hücumun qurbanı olub. Qəzvin vilayətinin Abik şəhərində isə raket və ya bomba zərbəsi nəticəsində 9 yaşlı bir oğlan uşağı dünyasını dəyişib. Marqarita pizza

Paytaxtın Narmak bölgəsində iki, 4-cü rayonunda isə bir şagirdin yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. Təhsil Nazirliyi hadisələrlə bağlı vəziyyətin yaxından izlənildiyini və zəruri tədbirlərin görüldüyünü bəyan edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!