18 yaşlı futbolçu “Zirə“nin kapitanı oldu   - Qol vurdu

saytların hazırlanması

Evə çatdırılma

18 yaşlı futbolçu “Zirə“nin kapitanı oldu - Qol vurdu

İdman

17 Oktyabr 2021 09:01 723


Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə səfər oyunda "Zirə"ni meydana 18 yaşlı müdafiəçi Cəlal Hüseynov çıxarıb. 

Yenisabah.az xəbər verir ki, bununla da o, komandanın tarixinə ən gənc kapitan kimi düşüb. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Rəşad Sadıqov bu məsələyə toxunub. O, Cəlal Hüseynovun gələcəkdə milli komandanın əsas futbolçularından biri ola biləcəyini deyib: 

“Heyətdə başqa təcrübəli futbolçular da var idi. Cəlalı 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm. Həm futbol bacarığı, həm xarakteri, həm də soyuqqanlılığı ilə göstərdi ki, seçimimizdə yanılmamışıq. Əslində bizim kapitanımız Ağabala Ramazanov, vitse-kapitan Qismət Alıyevdir. Beynimdə üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verdikcə “bərkiməsini”, məsuliyyətinin artmasını istəyirəm. O, bu gün yükün altından layiqincə çıxdı”. Toyuqlu pizza

Qeyd edək ki, "Qəbələ" ilə 1:1 hesabı ilə başa çatan oyunda "Zirə"nin yeganə qolunu da başla məhz Cəlal Hüseynov vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!