1896-cı ildə anadan olub: Hələ də yaşayır 

saytların hazırlanması

Evə çatdırılma

1896-cı ildə anadan olub: Hələ də yaşayır 

Maraqlı

20 Mart 2024 15:40 16889


Super uzunömürlülər adətən yaşı 110 və ya daha çox olanlar adlanır.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hazırda dünyada cəmi bir neçə onlarla belə insan var.

İndi planetin ən yaşlı insanı ispaniyalı Mariya Branyas Moreradır. O, 1907-ci ilin yazında anadan olub. Beləliklə, onun 117 yaşı var. Dominos pizza

Yer üzündə yaşamış ən yaşlı insanlar arasında Morera hələ ki 12-ci yerdədir.

Sosial ödənişlərlə bağlı əhaliyə ŞAD XƏBƏR

Mart dörd bürc üçün böyük dəyişikliklər ayı olacaq

Yağış, qar yağacaq -XƏBƏRDARLIQ

Bütün zamanların rekordçuları

Yaşı rəsmən təsdiqlənən insanlar arasında ən uzun ömür sürən fransalı Janna Kalman olub. O, 1997-ci ildə 122 yaş 164 gün olanda vəfat edib.

İkinci yerdə 119 il 107 gün yaşayan yapon Kane Tanakadır.

Qeyri-adi reytinqdə ilk üçlüyü 119 yaş 97 günlüyündə dünyasını dəyişən amerikalı Sara Noss tamamlayır.

Kişilər arasında rekordçu 116 il 54 gün yaşayan yapon Dziroemon Kimuradır.

Təsdiqlənməmiş uzunömürlülər

Ola bilsin ki, bəşəriyyət tarixində Janna Kalman rekordunu qıran insanlar olub, lakin onların yaşını dəqiq müəyyən etmək mümkün olmayıb.

Nümunə olaraq Dağıstan sakini, 1875-ci ildə anadan olmuş və 2007-ci ildə vəfat etmiş Sarhat Rəşidovu göstərmək olar.

Sənədlərə görə, 1896-cı ildə anadan olan Svami Şivananda adlı hindli rahib var. O, hələ də sağdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əhmədağa
    Bəs Şirəli Müslümovdan niyə demirsiniz?
    2 years ago
  • Əşrəf
    Çox səviyyəsiz, qeyri-etik məlumatdır. Hələ də sağdır ifadəsi kobud səhvdir.
    2 years ago