19 yaşlı gəncə 10 il həbs cəzası verildi   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

19 yaşlı gəncə 10 il həbs cəzası verildi - Səbəb

Kriminal

04 Aprel 2022 15:55 743


Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Kənan Mustafayevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci il oktyabrın 9-da Qəbələ rayonu ərazisində qeydə alınıb. Dominos pizza

Belə ki, rayonun Uludaş kənd sakini, 2003-cü il təvəllüdlü Kənan Mustafayev Tikanlı kənd sakini,1987-ci il təvəllüdlü Sənur Ağahüseynovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə nəticəsində qətlə yetirib.

Daha sonra K.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!