190 manat “Vertu“ işlədən şəxsə təyin edilib? - Nazirlik rəsmisindən   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

190 manat “Vertu“ işlədən şəxsə təyin edilib? - Nazirlik rəsmisindən CAVAB

Sosial

15 Aprel 2020 22:48 6751


"Bəzi sosial şəbəkə səhifələrində işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin guya hansısa imkanlı şəxsə təyin olunması təəssüratı yaradan şəkil həqiqəti əks etdirmir".

Yenisabah.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib . O bildirib ki, şəkildə “Vertu” markalı telefonda Ələkbərov soyadlı şəxsə birdəfəlik ödəmənin təyin olunmasına dair mesaj əks olunub: 

"Birdəfəlik ödəmənin təyin olunduğu Ələkbərov və Ələkbərova soyadlı 326 şəxsin telefon nömrələri üzərindən araşdırma aparılıb.  pizza mizza

Aidiyyəti informasiya sistemləri vasitəsilə telefon nömrələrinin istifadə olunduğu mobil cihazlar (İMEİ kodu əsasında) müəyyən edilib. 

Ödəmə təyinatı aparılmış 326 şəxsdən heç birinin “Vertu” markalı telefona sahib olmadığı məlum olub.

Həqiqəti əks etdirməyən saxta paylaşımlarla birdəfəlik ödəmə proqramına qarşı inamsızılıq yaratmaq cəhdlərini kəskin qınayır və belə cəhdlərin hüquqi məsuliyyət yaratdığını bildiririk".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!