195 kilo arıqlayıb sevgili tapdı

saytların hazırlanması

Evə çatdırılma

195 kilo arıqlayıb sevgili tapdı

Dünya

16 Sentyabr 2019 22:40 1279


Vaşinqtonda yaşayan 55 yaşlı Janin Muller körpəlikdən bəri köklükdən əziyyət çəkib.

"Yeni Sabah" "Axşam.az"a istinadən xəbər verir ki, uşaqlar evində böyüyən qadın onu himayəyə götürən ailəyə veriləndə müəllimlər onun pəhrizdə olduğunu söyləmişdilər. Yeni valideynləri qızı dietoloqa aparsalar da, onun qəbul etdiyi dərmanlar və iştahı çəkisinin artmasına səbəb olmuşdu.

Bir neçə ildən sonra valideynlərini itirən qadın stres və depresiya səbəbilə biraz daha çəki alaraq 300 kq-ı keçmişdi. Adi ehtiyaclarını ödəyə bilməkdə əziyyət çəkən Müller cərraha üz tutur. Mədə kiçiltmə əməliyatı olan Janinin həyatı dəyişir. pizza sifarişi

195 kiloqram arıqlayan qadın tənhalar klubuna üzv olaraq orada özünə sevgili tapır. Daqo adlı kişi ilə xoşbəxt olduğunu deyən Müller daha bir neçə kiloqram arıqlamaq niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!