2-ci cəhd: Eks-prezidentin həbsinə hazırlıq gedir

saytların hazırlanması

Evə çatdırılma

2-ci cəhd: Eks-prezidentin həbsinə hazırlıq gedir

Dünya

07 Yanvar 2025 13:34 350


Müstəntiqlər Cənubi Koreyanın devrilmiş prezidenti Yun Sok-yolu ikinci cəhlə həbs etməyə hazırlaşır.

Yenisabah.az Yonhap-a istinadla xəbər verir ki, bunu Yüksək Vəzifəli Şəxslərin Korrupsiya Araşdırması üzrə İstintaq İdarəsinin (CIO) rəhbəri O Don-sun bildirib.

Yanvarın əvvəlində Yun Sok-yolu üçün həbs orderi almış CIO əməkdaşları onun mühafizəçilərinin müqaviməti ucbatından həbsi həyata keçirə bilməyiblər. pizza mizza

CIO bu son fürsət ola biləcəyini anlayaraq həbs orderinin icrasına lazımi şəkildə hazırlaşacaq.

Birinci əmri yerinə yetirmək üçün kifayət qədər hazır olmadığına dair tənqidlərə cavab olaraq O Don-sun uğursuzluğa görə üzr istəyib. O əlavə edib ki, həmin vəziyyətdə “bir çox gözlənilməz hallar” yaranıb.

2024-cü ilin dekabrında parlament Yun Sok-yol siyasi rəqibləri ilə mübarizə aparmaq üçün dekabrın 3-də hərbi vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra hakimiyyətdən uzaqlaşdırılıb. Hərbi vəziyyətin elan edilməsində iştirak etdiyi iddia edilən bir neçə məmur, o cümlədən keçmiş müdafiə naziri Kim Yon-hyun və Müdafiə Kəşfiyyat Komandanlığının indiki və keçmiş rəhbərləri Mun San-ho və Ro San-von həbs edilib.

Daha sonra məhkəmə dekabrın 3-də hərbi vəziyyət elan etməkdə, üsyan təşkil etməyə cəhddə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Yun Sok-yol barəsində həbs qərarı çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!