2 futbol matçına biletlər satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

2 futbol matçına biletlər satışa çıxarıldı

İdman

26 Oktyabr 2021 12:31 753


DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan-Lüksemburq və Azərbaycan-Qətər yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.

Yenisabah.az AFFA-ya istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır. pizza sifarişi

Azarkeşlər stadiona COVID-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə daxil ola biləcəklər. 

Həm Lüksemburq, həm Qətərlə oyunun biletlərini iTicket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iTicket bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Qeyd edəl ki, Azərbaycan yığmasının Lüksemburqla oyunu noyabrın 11-də, Qətərlə matçı isə noyabrın 14-də baş tutacaq.

Mehri Qurban

 

Click here to Reply or Forward


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!