2 güləşçimiz yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

2 güləşçimiz yarımfinala yüksəldi

İdman

11 Mart 2022 16:48 454


Bu gün U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə start verilib.

Yenisabah.az xəbər verir ki, bu gün 4 güləşçimiz mübarizəyə başlayıb onlardan 2-si yarımfinala yüksəlib.

Zirəddin Bayramov (65 kq) bolqar Stilyan İliyevi tam üstünlüklə məğlub edib. Daha sonra o, türkiyəli Hamza Alacana qalib gəlib. O, finala gedən yolda fransalı Marvan Ahmed Yezza ilə görüşəcək. Dördpendirli pizza

Murad Yevloyev (70 kq) isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələyib - 4:4. Ancaq o, 1/4 finalda bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib. Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyəu uduzub.

İslam İlyasov (97 kq) gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda macar Riçard Veqlə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!