2 həmkəndlisini qarət edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

2 həmkəndlisini qarət edən şəxs saxlanıldı

Kriminal

24 Mart 2022 11:10 342


Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Türkelli kəndində yerləşən evlərdən birindən 1290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov saxlanılıb.

Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib. Sezar pizza

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!