Bir qızın fotosuna görə məktəblini bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bir qızın fotosuna görə məktəblini bıçaqladı

Kriminal

10 Sentyabr 2022 12:59 1168


Xəzər Rayon Məhkəməsində yetkinlik taşına çatmayan məktəblini bıçaqlayan, 2006-cı il təvəllüdlü Fərid Hacıyevə (bütün soyadlar şərtidir) hökm oxunub.

Yenisabah xəbər verir ki, hadisə bu il aprelin 25-də baş verib. Araşdırmalarda məlum olub ki, Fərid “Instagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu 8-ci sinif şagirdi Fatimə Zeynalovadan hesabının şifrəsini istəyib. O, hesaba daxil olan zaman bir nəfərin Fatiməyə “Bəs şəkil atacaqdın, nə oldu göndərmədin”, - deyə yazdığını görüb. Bundan sonra o həmin şəxsə mesaj yazaraq kim olduğunu və niyə Fatiməyə yazdığını soruşub. Həmin şəxs mesajı Fatimənin yazdığını bildirib.

Fərid cavab yazaraq bir də Fatiməyə mesaj yazmamağı tələb edib, həmsöhbəti isə cavabda qeyd edib: “Sən kimsən ki, mənə göstəriş verirsən?!” Sonra onu söyüb. Fərid bu söyüşləri ona "yedizdirəcəyini" yazıb. Sonradan “İnstagram” vasitəsi ilə onun telefon nömrəsini tapıb. Toyuqlu pizza

Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Fərid Hacıyev ifadəsində bildirib ki, o tanışları vasitəsilə Fatiməyə yazan şəxsin Pünhan Qarayev olduğunu və təhsil aldığı məktəbin ünvanını öyrənib. Pünhanla müxtəlif vaxtlarda görüş təyin etdə də, görüşlər baş tutmayıb.

Müttəhim ifadəsində deyib: “181 nömrəli məktəbdə oxuyan Kamal adlı tanışıma mesaj yazaraq Pünhan adında şəxsi tanıyıb-tanımadığını soruşdum. Mənə onu tanıdığını və parallel sinifdə oxuduğunu dedi. Kamala hadisəni danışdım. Mənə məsələ ilə maraqlanıb məlumat verəcəyini dedi. 5-6 gün sonra dedi ki, Pünhanla məsələ haqqında danışıb. Pünhan da ona bir qız şəkili göndərərək deyib ki, bu şəkil Fatimənin sinəsi açıq vəziyyətdə mənə göndərdiyi şəkildir, “Fəridə de ki, bu qıza görə mənimlə görüşmək istəyir?” 

Bundan sonra Pünhan yenə də görüşməyə çağırırdı. 25 aprel günü 181 nömrəli məktəbin yaxınlığına getdim. Həmin vaxt Fatimə ilə görüşəcəkdik. Səhər saatları idi. Bir neçə məktəbin yaxınlığındakı parkda olduğumu və Pünhanı gözlədiyimi dedim. Bir neçə dəqiqədən sonra Pünhan tanışları ilə parka gəldi. Salamlaşdıqdan sonra kənara çəkilib söhbət etdik”.

Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Pünhan Qarayev bildirib ki, onlar görüşən zaman o, yanındakı yoldaşına “sən burada gözlə, mənim bu qaqaşla təkbətək söhbətim var”, -  deyib və ikisi birlikdə danışa-danışa yeriməyə başlayıb: “Mənə “mən Fatimə ilə yazışıram, sən də ona yazırsan və mənə hörmətsizlik edirsən, mən də sənə dedim ki, ona yazma, sən isə məni söyürsən, sən həmin qıza cavabdehsən ki?” deyə dedi. Mən də “mən ona yazmıram, Fatimə özü mənə yazır, əgər fikir vermisənsə mən ona yazmışam ki, məndən qırıl”,- deyə cavab verdim. Bu zaman Fərid dedi ki, “parkda adam çoxdur, gedək kənarda söhbət edək”.

Parkın qurtaracağında Fərid mənimlə üzbəüz dayanaraq dedi ki, “bax, sənə sual verirəm, məni niyə söymüsən”. Mən də “söymüşəm”, - dedim. Dedi onda arxamca gəl. Arxamızca 4-5 nəfərin gəldiyini hiss elədim. Düşündüm ki, Fərid mənimlə səsküylə danışdığına görə yığışıblar.. Sonra parkın yaxınlığında yerləşən Mədəniyyət Evinin həyətində “Nasosxana”nın yanına getdik. “Nasosxana”nın yanında Fərid və yanında gələn şəxs birlikdə söhbətə dayandılar, qalan uşaqlar isə “Nasosxana”nın yan tərəfində qaldılar. Fərid əynindəki qısaqol “balonka”nı çıxartdı və köynəyinin arxasını düzəldərkən birdən sağ əli ilə sifət nahiyəmə şillə vurdu. Başım ani olaraq yan tərəfə getdi və bu anda Fərid bıçağı çıxardıb bədənimin sol tərəfinə vurdu”.

Məhkəmə Fərid Hacıyevi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Nəzrin Cavadzadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!