Mərdəkan və Binə qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Sahib Əliyev və Vüqar Bayramov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Sezar pizza
Telegram kanalımız