2 rayonda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

2 rayonda qaz olmayacaq

Sosial

06 Mart 2025 09:27 233


Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Nəsimi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Suraxanı rayonunun Hövsan qəsəbəsi, O. Şabanov küçəsində qaz sayğaclarının giriş hissələrinin yığılması məqsədilə martın 6-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. pizza mizza

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonu üzrə Mirzəağa Əliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!