Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub.
Yenisabah.az federasiyaya istinadla xəbər verir ki, 27 kq çəki dərəcəsində Sabir Məmmədli və 30 kq-dakı Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Onlar yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar. Marqarita pizza
Telegram kanalımız