20 ildən sonra Olimpiya Himninin yenilənmiş versiyası təqdim olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

20 ildən sonra Olimpiya Himninin yenilənmiş versiyası təqdim olundu - Video

İdman

12 Noyabr 2022 14:26 1047


Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Gülüstan sarayında təşkil olunmuş dövlət tədbirində Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin yeni klipinin təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq və milli idman komitələri və federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, bu layihə yaxın günlərdə başa çatmış “İdman Filmləri və Proqramları Festivalı”nda “Ən yaxşı klip” nominasiyasında 1-ci yerə layiq görülüb. pizza mizza

Himnin bəstəkarı Eldar Mansurovdur. İlk dəfə 2002-ci ildə MOK-un 10 illik yubileyi ərəfəsində bəstələnmiş himn və çəkilmiş klip 20 ildən sonra müasir quruluşda hazırlanıb. Bu dəfə himni ifaçılarla birlikdə layihənin rəhbəri Elnur Kələntərov da ifa edib.

/Oxu.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!