Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin martın 31-də borclandığı dostunu bıçaqlayan 1990-cı il təvəllüdlü Orxan Axundova (soyadlar şərtidir) hökm oxunub.
Yenisabah.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Hadisə Xətai rayonunda baş verib.
Orxan yatdığı zaman 20 manat borcu olan tanışı Nihad Mürsəlovun ona yazdığı təhqiramiz mesajdan qəzəblənib və aralarında sözlü mübahisə yaranıb. Bundan sonra onlar görüşmək qərarına gəliblər. Bu məqsədlə Nihad Orxanın yaşadığı ünvana gedib və onlar yan-yana yeriyərək mübahisə etməyə başlayıblar. Dördpendirli pizza
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən O. Axundov ifadəsində bildirib ki, Nihad bıçaqla onun kürək nahiyəsindən zərbələr vurub: “Ona “Sənin əlində olandan məndədə var, bir az sakitləş”, - dedim. Sözümə məhəl qoymadıqda əllərindən tutub öz bıçağı ilə ona xəsarətlər yetirdim. Sonra da üstümdə gəzdirdiyim bıçaqla Nihadın qarın nahiyəsindən bir dəfə vurdum”.
Zərərçəkən şəxs qismində ifadə verən Nihad Mürsəlov qeyd edib ki, o Orxanı 2 ilə yaxındır tanıyır: "Bıçaqlanan zaman qarın nahiyəmdən əlimlə tutduqda qan olduğunu görüb hadisə yerindən uzaqlaşdım. Bu zaman Orxanla ortaq dostumuz olan Seymuru gördüm. Qıraqdan bizə nəzarət edirdi. Məni hadisə yerinə gəldiyi taksi ilə xəstəxanaya apardı. Hazırda Orxanla barışmışıq”.
Məhkəmənin hökmü ilə Orxan Axundova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Nəzrin Cavadzadə
Telegram kanalımız