200-ə yaxın investor “Çelsi“ni almaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

200-ə yaxın investor “Çelsi“ni almaq istəyir

İdman

15 Mart 2022 10:12 570


200-ə yaxın investor "Çelsi" klubunu almaq istəyir.

Yenisabah.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, maraqlı tərəflər martın 18-dək bütün hesabat və klubun gələcək inkişafı üçün öz fəaliyyət planlarını təqdim etməlidirlər.

Potensial alıcılara satış zamanı nağd pul təklifi və ən yüksək məbləği ödəmək qabliyyətinin həlledici olacağı bildirilib. Həmçinin, klubun hazırkı əməkdaşlarının öz işlərini itirməyəcəklərinə dair təminat da mühüm məqam olacaq. Sezar pizza

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb. 

Rusiyalı iş adamı “zadəganlar"ın satışından 4 milyard funt sterlinq (təqribən 4,84 milyard avro) əldə etmək istəyir. Martın 10-da Britaniya hökuməti Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Abromoviçin, o cümlədən klubun aktivləri bloklanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!