“200 milyon istifadəçinin telefon nömrəsi..“ - “Facebook“dan maraqlı etiraf

saytların hazırlanması

Evə çatdırılma

“200 milyon istifadəçinin telefon nömrəsi..“ - “Facebook“dan maraqlı etiraf

Dünya

06 Sentyabr 2019 17:38 1154


“Facebook” təqribən 200 milyon istifadəçinin telefon nömrələri üzərində məxfiliyin pozulduğunu təsdiq edib.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, istifadəçilərə aid məlumatların internetdə etibarsız şəkildə paylaşıldığını ilk dəfə “TechCrunch” adlı internet saytı açıqlayıb.

Hazırda şirkət bu məlumatların kimlər tərəfindən və necə paylaşıldığını araşdırır. Sezar pizza

Qeyd edək ki, internetdə paylaşılan telefon nömrələrindən 18 milyonu Böyük Britaniyadakı istifadəçilərə aiddir.

“Facebook” 2018-ci ilin aprelində telefon nömrələri ilə “istifadəçi axtarışı” funksiyasını bağlayıb. 

Qeyd edək ki, sosial şəbəkə bu axtarış funksiyası vasitəsilə uzun müddət çoxsaylı istifadəçilərin profil və telefon nömrələrinin ələ keçirildiyini, məxfilik parametrlərini dəyişdirməyən istifadəçilərin nömrələrinin də internetdə yayıla biləcəyini bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!