2008-ci ildə Baydeni xilas edən tərcüməçi Əfqanıstandan təxliyə olunmayıb

saytların hazırlanması

Evə çatdırılma

2008-ci ildə Baydeni xilas edən tərcüməçi Əfqanıstandan təxliyə olunmayıb

Dünya

01 Sentyabr 2021 01:41 1283


ABŞ 2008-ci ildə qar fırtınası zamanı helikopteri Əfqanıstan vadisinə enmək məcburiyyətində qalan ABŞ senatorları Co Bayden, Con Kerri və Çak Heyqelin xilas olunmasında köməklik göstərən tərcüməçi Məhəmmədi Əfqanıstandan çıxarmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazıb.

Qəzetin yazdığına görə, 2008-ci ildə ekipaj kömək üçün həyəcan siqnalı verib. 82-ci ABŞ Hava-Desant Diviziyasının sürətli reaksiya qüvvəsi ilə birlikdə senatorları xilas etməyə Məhəmməd də gedib. Pepperoni pizza

“Salam, cənab prezident. Məni və ailəmi xilas edin. Məni burada buraxmayın”, - deyə qəzet Məhəmmədin ABŞ prezidenti Co Baydenə müraciətindən sitat gətirib.

Qəzetin yazdığına görə, Məhəmməd dörd uşağı ilə birgə “Taliban”dan gizlənir və onun Əfqanıstandan çıxmaq üçün uzun illər göstərdiyi cəhdlər bürokratik əngəllər səbəbindən uğursuz alınıb. Nəşr yazır ki, Kabil “Taliban” tərəfindən ələ keçirildikdən sonra Məhəmməd Kabil hava limanının qapılarına gedib, ancaq ABŞ ordusu onu həyat yoldaşı və uşaqları olmadan, tək halda təxliyə etməyə razılıq verib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!