2025-ci ilin martına qədər İrana uçuşlar   LƏĞV EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

2025-ci ilin martına qədər İrana uçuşlar LƏĞV EDİLDİ

Dünya

23 Oktyabr 2024 14:16 499


Almaniyanın "Lufthansa" aviaşirkəti Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ilə bağlı narahatlıqlar səbəbilə İran və Livana uçuşların ləğv edilməsini 2025-ci ilə qədər uzaddığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, aviaşirkətin verdiyi açıqlamada önümüzdəki aylarda Tehran və Beyruta uçuşları davam etdirməyəcəyi bildirilib.

Bəyanatda bildirilib ki, Livanın paytaxtı Beyrutla əlaqə 28 fevral 2025-ci il tarixinədək, Tehrana uçuşlar isə 31 yanvar 2025-ci ilə qədər dayandırılıb. Dördpendirli pizza

"Lufthansa" İsrailin hücumlarından sonra artan təhlükəsizlik narahatlıqları səbəbindən son vaxtlar Yaxın Şərqə uçuşların ləğvini dəfələrlə uzadıb.

Xatırladaq ki, bu həftənin əvvəlində "Lufthansa" Təl-Əvivə uçuşlarının dayandırılmasını noyabrın 10-na qədər uzatdığını açıqlamışdı.

Qeyd edək ki, "Lufthansa" Qrupuna "Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi şirkətlər daxildir.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!